ÜMUMİ QAYDALAR VƏ ŞƏRTLƏR

1. Ödənişlər ONLAYN qeydiyyat bölməsi və ya mərkəzin qeydiyyat bölməsindən edilir.
2. Uşaqlar valideynləri tərəfindən vaxtında təhvil alınmalıdır. Əks halda, əlavə saatın da ödənişini həyata keçirməlidir. 
3. Valideyn əmin olmalıdır ki, ona təqdim olunan müqavilədə qeyd olunan bütün məlumatlar doğrudur və uşağın təhlükəsizliyi üçün lazımi bütün bilgilər kluba düzgün formada verilib. Əks halda baş verə biləcək hər hansı problemə görə valideyn məsuliyyət daşıyır.
4. Sağlamlığında (qrip, virus daşıyıcısı və s. kimi) problem yaşayan uşaqların kluba daxil olmasına icazə verilmir. Bu ümumi virus yayımına gətirib çıxara bilər. Bizi anladığınız və digər valideynləri də düşündüyünüz üçün təşəkkür edirik.
5. Qiymətlər yalnız bir uşaq üçün nəzərdə tutulub və başqa uşağa keçirilə bilməz. Qəbul müddəti dayandırıla və ya qiyməti bölünə bilməz. Bir ailədən olan hər növbəti uşağa 30% endirim tətbiq olunur (təklif yalnız AYLIQ Abunəliklərə şamil olunur). 
6. Yaş kriteriyalarımız aşağıdakı kimidir:

- Ninja Club 2-5 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşağın inkişafından asılı olaraq, 1 yaşlı uşaqlar da qəbul oluna bilər. Bunun üçün nəzarətçiyə müraciət edin.

- Əyləncə zonamızda yaş kateqoriyası 4-8 yaş arasıdır. Nəzərə almaq lazımdır ki, buradakı oyun avadanlıqları daha yuxarı yaş kateqoriyası üçün olduğuna görə, 2-4 yaş arası uşaqları individual yoxlamadan (uşaqların mövcud əşyalarla davranış anlayışı və s. xüsusiyyətlər onların təhlükəsiz mühitdə oynaya bilməsi üçün önəmlidir) sonra keçməsinə icazə veriləcək.
7. Zinət əşyaları, döş nişanları və başqa dəyərli əşyalar çıxarılmalı və ya götürülməli və böyüklər tərəfindən təhlükəsiz yerdə saxlanılmalıdır.
8. Hər bir uşaq kluba daxil olarkən mütləq şəkildə corab və ya daxil üçün nəzərdə tutulmuş ayaqqabı geyinməli, ayaqqabını isə çıxararaq, göstərilən yerdə saxlamalıdır.
9. Uşaqlar kluba buraxılmazdan əvvəl sanitar qovşaqdan istifadə etməli və əlləri yuyulmalıdır.
10. İtən əşyalara görə klub məsuliyyət daşımır. Bu səbəbdən zəhmət olmasa xüsusi açarlı şkaflardan istifadə edəsiniz və açarı çıxış edənə qədər özünüzdə saxlayasınız.